Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə Əmək Reabilitasiyası Mərkəzindən əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salınıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov onlarla görüşərək uğurlar arzulayıb və bu il daha 30 nəfərin təcrübə proqramına cəlb olunacağını bildirib.Qeyd olunub ki, Türkiyəyə yola salınan gənclər qardaş ölkənin Ankara və Antalya şəhərlərində əlilliyi olan şəxslərlə bağlı peşə kurslarında iştirak edərək bacarıqlarını daha da təkmilləşdirəcəklər.Mərkəzdə reabilitasiyaya cəlb edilmiş gənclər üçün belə təcrübə səfərləri Sosial Xidmətlər Agentliyi ilə “Sağlam Düşüncə” Gənclər Təşkilatı arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən Avropa İttifaqının Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində təşkil olunur.Ötən dövrdə mərkəzin əlilliyi olan ümumilikdə 147 məzunu Türkiyədə müvafiq peşə dərnəklərinə təcrübə kurslarına göndərilib. Onlardan bir hissəsi Vətən müharibəsi ilə əlaqədar əlilliyi olanlardır.
Kosmosdan balta: alimlər bir artefakt tapdılar və onun yerüstü mənşəyini müəyyən etdilər...
Baxışlar və üz ifadələri gərginliyi azaltmağa və anlayışı yaxşılaşdırmağa kömək edir...
Qalanları isə “itaət fabriklərinə” çevrilir...
Onun ən məşhur əsərləri tatar xalqının tarixi və etnoqrafiyası ilə bağlıdır...
...bir misirli böyük bir ailəni necə idarə edir
...sadəcə olaraq,..işdən çıxın! Rusiyalı köşə yazarı Kolesnikov müəllimlərə və təhsil işçilərinə məsləhətlər verib...