İqtisadiyyat

  • 5 253

İİTKM İsveçrənin Əməkdaşlıq İdarəsi əməkdaşlığı möhkəmləndirəcək

image

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə İsveçrənin Əməkdaşlıq İdarəsinin (SECO) Cənubi Qafqaz üzrə Regional direktor müavini Alberto Hernandez arasında onlayn formatda görüş keçirilib. İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ölkədə aparılan uğurlu iqtisadi islahatlar, sosial-iqtisadi inkişafa dair Azərbaycanın 2030-cu il üzrə qəbul edilən milli prioritetləri, İİTKM-in monitorinq və qiymətləndirmə institutu olaraq həyata keçirdiyi fəaliyyətlər, eləcə də Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə məlumat verib. Görüşdə İİTKM-də makro-iqtisadi tədqiqatlar üzrə hazırlanmış təhlil və proqnozlaşdırma modellərinin hazırlanmasında SECO tərəfindən təmin edilən ekspert dəstəyi və göstərdiyi əməkdaşlıq yüksək qiymətləndirilib.SECO-nun Cənubi Qafqaz üzrə Regional Direktor müavini Alberto Hernandez Azərbaycanda özəl sektorun və maliyyə sektorunun inkişafı istiqamətində SECO tərəfindən icra olunan fəaliyyətlər barədə məlumat verib. Görüşdə makro-iqtisadi təhlil və proqnozlaşdırma modellərinin qurulması, diversifikasiya, maliyyə sektorunda islahatlar kimi strateji sahələr gələcək əməkdaşlıq istiqamətləri kimi təklif edilib. Görüşdə İİTKM-in Layihələr Departamentinin rəhbəri Vüsalə Cəfərova və SECO-nun Ölkə Proqramı üzrə meneceri Aytən Axundova da iştirak edib.

sia.az

Digər xəbərlər