Heydər Əliyev-100

  • 2 166

Dahi liderə həsr olunmuş tədbir keçirilib

image

Paytaxtdakı 299 nömrəli məktəb-liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. BŞTİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komissiyasının sədri Qənirə Paşayeva, İdarənin struktur bölmə rəhbərləri,müəllim və şagirdlər iştirak ediblər.Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Məktəb-liseyin direktoru Solmaz Kazımova tədbir iştirakçılarını salamlayıb, dahi liderin Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz tarixi xidmətləri, təhsilə göstərdiyi qayğı və diqqətindən söz açıb.BŞTİ-nin müdiri M.Vəliyeva dövlət başçımız İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, 30 illik erməni işğalından sonra Qarabağda qazanılan Zəfər, Azərbaycan xalqı üçün mənəvi dəyəri heç nə ilə ölçülməyən Şuşanın şərəfinə Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsinin ardından növbəti - 2023-cü ili “Heydər Əliyev İli” elan etməsinə dair sərəncamı, əslində ata vəsiyyətini yerinə yetirmiş qalib sərkərdənin Ulu Öndərin ideyalarının bu Zəfərdəki roluna diqqət çəkməsi kimi də səciyyələndirilə bilər. İdarə müdiri “Heydər Əliyev İli”nin Azərbaycan təhsili, Azərbaycan məktəbi qarşısında qoyduğu vəzifələrdən danışarkən qeyd edib ki, şagirdlərimiz “Heydər Əliyev İli”nə öz dərəyli töhfələrini verməklə bərabər, həm də bu çərçivədə həyata keçiriləcək tədbirlər, layihələr müdrik şəxsiyyət Heydər Əliyevin ideyalarına sadiqliyin ifadəsinə çevriləcək.Millət vəkili Q.Paşayeva Ümummilli liderin bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına göstərdiyi xüsusi qayğıdan danışıb. Bildirib ki, “Heydər Əliyev İli” misilsiz xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşən böyük azərbaycanlını, Heydər Əliyev dühasını daha dərindən dərk etmək, böyük bir epoxanın mahiyyətini, hadisələrini şərh etmək baxımından yaradılmış bir fürsət və imkandır.Daha sonra millət vəkili şagirdlərə müxtəlif kitablar hədiyyə edib.Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Ulu Öndərə həsr olunmuş şeirlər, mahnılar səsləndiriblər.

sia.az

Digər xəbərlər