Heydər Əliyev-100

  • 3 473

Ağcabədidə “Heydər Əliyev İli”nə həsr olunan tədbir keçirilib

image

Ağcabədidə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərə start verilmişdir. Növbəti tədbirlərdən biri də yanvarın 19-da YAP Ağcabədi rayon təşkilatının inzibati binasında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən “dəyirmi masa” olmuşdur. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, yanvar şəhidlərinin və torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Görüşü YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov açaraq sabah 20 yanvar faciəsinin 33-cü ildönümü olduğunu bildirmiş, Azərbaycan xalqının bu faciəni heç vaxt unutmayacağını söyləmişdir. Natiq çıxışında 20 yanvar faciəsinin törədilməsinin ertəsi günü Ulu Öndər Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqına baş sağlığı verməsi və Bakıda baş verən qırğınlara görə o vaxtkı Sovet rəhbərliyini cinayətin törədilməsində günahkar olduğunu bildirdiyini vurğulamışdır.Nazim Bünyatov daha sonra Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb və 2023-cü ilin ”Heydər Əliyev İli” elan edilməsinin əlamətdar hadisə olduğunu qeyd edib. Çıxışda qeyd edilib ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun nəticəsində ölkənin siyasi tarixində yeni mərhələnin açılması Heydər Əliyevin müstəsna xidmətləri sayəsində mümkün olub. Bildirilib ki, həyata keçirilən islahatlar, görülən tədbirlərlə Respublikada sabitliyin, tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail olunub. Natiq eyni zamanda ilk dəfə 20 Yanvar faciəsinə də Heydər Əliyevin təşəbbüsü ilə siyasi müstəvidə qiymət verildiyini də diqqətə çatdırıb.“Dəyirmi masada” Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva “Heydər Əliyev və 20 Yanvar həqiqətləri” mövzusunda məruzə ilə çıxış edib.Tədbirdə GTM Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova, Heydər Əliyev Mərkəzinin elmi işçisi, Vətən Müharibəsi iştirakçısı Ruhin Hüseynov, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova çıxış edərək Ulu Öndərin tarix yaradan şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə düzgün qiymət verdiyini qeyd edib, 20 Yanvar faciəsinin Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandıran Ümummilli Liderin bu faciəyə siyasi qiymət verilməsində xüsusi rolu olduğunu qeyd etmişlər.

sia.az

Digər xəbərlər