Heydər Əliyev-100

  • 5 350

"Heydər Əliyev dövlətimiz yaşadıqca xalqımızla yaşayacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

“Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.Onun sözlərinə görə, çoxşaxəli fəaliyyəti, xalqımıza və dövlətçiliyə verdiyi töhfələri onu Ümummilli Lider səviyyəsinə yüksəltmişdir: “Liderlər xalq və dövlət ağır sınaqlarla qarşılaşanda ölkəni düşdüyü vəziyyətdən qurtara bilən xüsusi bacarığa malik şəxsiyyətlər olurlar. Ümummilli liderlər həm də yeni tarix yaradır və bu tarix heç vaxt unudulmur”.Deputat sözlərinə belə davam edib: “Ümummilli Lider Heydər Əliyevin yaratdığı tarix və ölkənin həyatında buraxdığı izlər əbədi olaraq dövlətçiliyimizin tarixinə və xalqımızın yaddaşlarına qızıl hərflərlə həkk olunub. Müstəqil Azərbaycan dövlətinin hansı sahəsinə müraciət edirsən, o sahənin bünövrəsində Heydər Əliyev siyasətinin dayandığını görürük. Belə ki, siyasi sabitliyin təmin olunması, dövlət idarətmə strukturunun formalaşdırılması, ordu quruculuğu, ölkənin inkişafının iqtisadi əsasların yaradılması, konstisusiyanın qəbul edilməsi, islahatların aparılması, gənclər siyasəti, millətlər arası siyasət, azərbaycançılıq ideologiyası, beynəlxalq siyasət və digər məsələlər Ulu Öndərin adı ilə bağlıdır.Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil dövlətçilik əsasları xalqımızı qalib etmiş, bundan sonra da xoşbəxt gələcəyə aparacaq. 2023-cü ilin “Heydər Əliyev ili” adlandırılması və bu il çərçivəsində həyata keçirəcək tədqiqatlar və tədbirlər Ulu Öndərin zəngin siyasi irsinin daha dolğun şəkildə öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına imkan verəcək.Cari ildə Heydər Əliyevlə bağlı silsilə tədbirlər təşkil olunacaq və müxtəlif auditoriyalarda geniş məruzələr və çıxışlar ediləcək. Ulu Öndər Heydər Əliyev dövlətimiz yaşadıqca xalqımızla yaşayacaq. Bu baxımdan da 2023-cü ilin “Heydər Əliyev ili” adlandırılmasının böyük əhəmiyyəti olacaq”.

Ayşən Vəli

Digər xəbərlər