Heydər Əliyev-100

  • 3 433

Nəsimidə "Heydər Əliyev ili"-nə həsr edilmiş aksiyalara start verilib

image

Nəsimi rayonunda "Heydər Əliyev ili"-nə həsr edilmiş yardım aksiyalarına start verilib. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı mütəmadi olaraq aztəminatlı ailələrə, tənha şəxslərə və ahıl insanlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiyalar keçirir.Bu mənada, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı "Heydər Əliyev ili"-nə həsr edilmiş yardım aksiyalarına start verib. Həyata keçirilən tədbirlər çərçivəsində rayon təşkilatının sədri Azər Süleymanov rayonun bir qrup aztəminatlı ailəsini qəbul edib, onların sosial qayğıları ilə maraqlanıb.Təşkilat sədri ailələri narahat edən problemlərin həlli istiqamətində dəstək göstərərək, ailəsinə maddi yardım edib.

Nəzakət Ələddinqızı

Digər xəbərlər