Heydər Əliyev-100

  • 4 770

Üç onillikdə Bakının milli və beynəlmiləl siması…

image

UFAZ-da 1960-1980-ci illərdə Azərbaycanın paytaxtının rəmzi layihələri barədə konfrans keçirilib

Martın 9-da “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan-Fransız Universiteti (UFAZ), Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun birgə təşkilatçılığı ilə “1960, 1970-ci və 1980-ci illərdə Bakının rəmzi layihələri: Azərbaycan sovet modernizmində beynəlmiləl və milli” adlı konfrans keçirilib.
UFAZ-da keçirilən tədbirdə Azərbaycan-Fransız Universiteti icraçı direktoru Vazeh Əsgərov qonaqları salamlayaraq, Heydər Əliyevin sovet dövründə ölkəmizə rəhbərlik etdiyi vaxtlarda Bakının memarlığına böyük diqqət göstərdiyini vurğulayıb.
Konfransda əsas məruzəçi kimi 2015-ci ildə Moskva Memarlıq İnstitutunda, 2018-ci ildə Parisdə “Val de Seine” Milli Ali Memarlıq İnstitutunda təhsilini başa vurmuş, Parisdəki Milli Şərq Dilləri İnstitutunda (INALCO) rus tarixi və sivilizasiyası üzrə magistr dərəcəsinə malik memar və tədqiqatçı Paul Wolkenstein çıxış edib. Onun tədqiqatları 1960-1980-ci illər arasında Zaqafqaziya və Orta Asiyada sosialist memarlığına yönəlib.
Təqdimat zamanı Paul Wolkenstein 1960-cı ildən 1980-ci ilədək Bakıda yerləşən bir çox rəmzi binalar haqqında mühüm məqamları bölüşüb.
Konfransın sonunda iştirakçıların sualları cavablandırılıb.

Digər xəbərlər