Məlumdur ki, Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondu, qəzetlərə maliyyə yardımı ayrılması üçün müsabiqə elan edib. Bu müsabiqədə reket siyahısına düşən qəzetlərin iştirakı nə dərəcədə mümkündür və KİV-lərə ayrılan bu yardımdan sonra, reket mətbuatın sıradan çıxmasına nə dərəcədə kömək edəcək? Bu və ya digər suallarla qəzet baş redaktorlarına müraciət etdik.
Yunus Oğuz, "Olaylar" qəzetinin baş redaktoru:
-Bildiyimiz kimi, Mətbuat Şurası artıq elan edib ki, bu maliyyə yardımından reket qəzetləri ilə yanaşı, ildə bir dəfə fəaliyyət göstərən qəzetlər də yararlana bilməyəcək. MŞ hansı qəzetlərə maliyyə yardımı ayrılacaqsa, onu artıq açıqlayıb. Gündəlik qəzetlər, həftəlik qəzetlər və jurnalar bu müsabiqədə iştirak edə bilər. Mən hesab edirəm ki, bu bölgünün aparılması ədalətlidir.
Bu yardım ayrılmasa da artıq reket qəzetlər Mətbuat Şurası və digər gündəlik qəzetlərin mübarizəsi nəticəsində zaman-zaman sıradan çıxır.
Onu da qeyd edim ki, dövlətimiz tərəfindən KİV-lərə ayrılan maliyyə yardımı bizim üçün çox yaxşı müsbət təsiri olacaq. Ümid edirəm ki, bu yardımların verilməsi mətbuatımızın inkişafıda mühüm rol oynayacaq.
Aydın Quliyev, "Bakı Xəbər" qəzetinin baş redaktoru:
- Tam təminat verilə bilməz ki, adı rekort siyahısına düşən qəzetlər bu müsabiqəyə müəyyən layihələr təqdim etməyəcək. Ola bilsin ki, onlar bu müsabiqəyə layihələr gətirib təqdim etsinlər. İlk öncə, Mətbuat Şurasının rəhbərliyində haqlı olaraq belə bir mövqe var ki, adı reketçilikdə çəkilmiş qəzetlər dövlət vəsaitindən istifadə etməsin. İkincisi, adı reketçilik siyahısına salınmış qəzetlər, blidiyiniz kimi, o, qədər də böyük kadr potensialı, gücü olmayan qəzetlərdir və belə qəzetlərin də, hər-hansı qrant layihəsinin tam şəkildə həyata keçirə biləcəyinin özü çox şübhəlidir və mən əminəm ki, o, qəzetlərin belə gücü ola bilməz, hətta ən zəif qrant layihəsini belə müvəfəqiyyətlə həyata keçirə bilməz. Ona görə də, bunlar bu müsabiqədə iştirak etməyə cəhd göstərsə də bu çətin ki, müsbət nəticə əldə edə bilə.
Reket mətbuatın Azərbaycanda yaranmasının özünün çox ciddi ictimai-siyasi, sosial-iqtisadi kökləri var. Bizim həyata keçirdiyimiz bu tədbirlərin sayəsində reket mətbuatının fəaliyyətinin yalnız məhtudlaşdırmasına nail ola bilərik. Amma bütünlüklə Mətbuata Dəstək Fondunun təsdiq etdiyi müəyyən qadağalarla reket mətbuatının kökünü tamamilə kəsiləcəyinə mən bir o qədər də ümid etmirəm. Çünki bu problemin həlinin tam başqa yolu var. Birinci növbədə, bu problemi ortaya atan hədəfləri ortadan qaldırmaq lazımdır. Amma reket mətbuatının indiki şəraitdə kökünün tamamı ilə kəsiləcəyinə şübhələr var.