Türkiyə-Azərbaycan “bir millət - iki dövlət” olduqlarını sübut etdi
Türkiyə-Ermənistan sərhədləri açıla bilməz"
SİA-nın xəbərinə görə, dünən Türkiyə Cumhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib. Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib. Təkbətək görüşdən sonra iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılıb. Görüş və danışıqlardan sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçiriblər.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə ikitərəfli münasibətləri, iqtisadi əlaqələrin mövcud durumu və perspektivlərini, enerji məsələsini, bölgədəki vəziyyəti və Dağlıq Qarabağ probleminin həlli yollarını müzakirə etdiklərini açıqlayıb. İki ölkə arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı Azərbaycan və Türkiyə xalqlarının qardaşlığına diqqət çəkib: "Azərbaycan-Türkiyə əlaqələri böyük tarixə malikdir və çoxşaxəlidir. Biz həm bu əlaqələrin inkişafı, həm də bölgədə sülh əldə edilməsi üçün birgə səylər göstəririk, beynəlxalq məsələlərlə bağlı birgə mövqedən çıxış edirik. Biz istəyirik ki, bölgədə sülh nə qədər mümkündürsə, o qədər tez əldə olunsun, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin, bölgədə əməkdaşlıq genişlənsin. Çox səmimi söhbət oldu, bir çox məsələyə aydınlıq gətirildi və mən bundan çox razıyam. Gələcək əməkdaşlıq və birgə fəaliyyət üçün gözəl imkan yarandı".
R.T.Ərdoğan isə sözlərinə dost və qardaş Azərbaycanda olmaqdan məmnunluq duyduğunu ifadə etməklə başlayıb: "Dəyərli qardaşım İlham Əliyevlə ikitərəfli əlaqələri ən geniş mənada müzakirə etdik. Bu görüş tarixdən bu yana davam edən bərabərliyimizə kölgə salmaq istəyənlərə ən gözəl cavabdır. Münasibətlərimizdə "bir millət-iki dövlət" anlayışı davam edir. Azərbaycanın Dağlıq Qarabağ məsələsində həssaslığı bizim həssaslığımızdır. Bu məsələ ilə bağlı spekulyasiyalar bizim üçün qəbuledilməzdir. Burada səbəb-nəticə əlaqəsindən söhbət gedir. Dağlıq Qarabağın işğalı səbəbdir, Ermənistanla sərhəd qapısının bağlanması isə nəticədir. Azərbaycan torpaqları işğal edildiyi üçün biz qapıları qapatdıq. İşğal aradan qaldırılmasa, qapılar açıla bilməz. Bunu Bakıda çox açıq və konkret şəkildə ifadə edirəm. Digər tərəfdən, Minsk Qrupu da müzakirələri sürətləndirməli və yekun nəticə əldə olunmalıdır. Təbii ki, son qərarı dəyərli qardaşım İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan verəcək. Bu qərardan sonra biz də üzərimizə düşəni edəcəyik".
Görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.
Türkiyəli jurnalist Azərbaycan Prezidentindən "Brüsseldə verdiyiniz açıqlamada Türkiyə-Ermənistan "yol xəritəsi"ndə Dağlıq Qarabağ məsələsinin yer alıb-almadığına dair bəsit suala bəsit bir cavab istədiyinizi demişdiniz. Sualınıza cavab ala bildinizmi" deyə soruşub. İlham Əliyev sualı belə cavablandırıb: "Qardaşımın, hörmətli baş nazirin sözləri bu suala ən yaxşı cavabdır. Bundan açıq cavab ola bilməz. Suala görə də, cavaba görə də minnətdaram. Sirr deyil ki, son zamanlar Azərbaycan cəmiyyətində bu məsələ ilə bağlı narahatlıq var idi. Amma ən önəmlisi odur ki, bu gün heç bir şübhəyə, spekulyasiyaya yer qalmadı. Türkiyənin baş naziri, prezidenti dəfələrlə bu məsələyə aydınlıq gətirdilər".
Digər türkiyəli media mənsubu Azərbaycanda Türkiyə ilə bağlı şübhəyə əsas verən amilin nə olduğunu, Azərbaycan-Rusiya yaxınlaşması və Azərbaycanın siyasətində dəyişiklik olub-olmadığı barədə sual ünvanlayıb. İlham Əliyev bu il fevralın əvvəllərindən etibarən Ermənistan mətbuatında Türkiyə ilə sərhədlərin açılacağına dair xəbərlərin yayılmağa başladığını, bu iddiaların bir müddət cavabsız qaldığını söyləyib: "Yəqin Azərbaycandakı şübhələrin birinci səbəbi bu idi. Sonra müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri də Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsinə artıq real fakt kimi yanaşdılar və bu da, təbii ki, Azərbaycanda müəyyən şübhələrin ortaya çıxmasına səbəb oldu. Ancaq aprelin ortalarında Türkiyə baş nazirinin, prezidentinin birmənalı sözlərindən sonra bu şübhələrə son qoyuldu. Artıq bu, bir tarixdir".
Azərbaycan dövlət başçısı Rusiya ilə bağlı suala cavabında isə, Azərbaycanın bütün ölkələrlə normal dostluq əlaqələrinə malik olduğunu vurğulayıb: "Rusiya ilə əlaqələrin böyük tarixi var və bu əlaqələr hər iki ölkə üçün önəmlidir. Rusiya prezidenti cənab Medvedev ilk xarici səfərlərindən birini məhz Azərbaycana edib və bu səfər zamanı dostluq və strateji əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu, böyük siyasi məna daşıyır. Bizim Rusiya ilə münasibətlərimiz onsuz da yaxındır və hansısa əlavə addımlara ehtiyac yoxdur"
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə bağlı dünən Milli Məclisin xüsusi iclası keçirilib. Rəcəb Tayyib Ərdoğan da iclasda iştirak edib. SİA-nın məlumatına görə, iclasda ilk çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Azərbaycanla Türkiyə hər zaman dost və qardaş dövlətlər olub.
"Azərbaycan və Türkiyə hər zaman bir-birinə güvənir. Bundan sonra da belə olacaq. Heç kəs Türkiyə ilə Azərbaycan arasında olan dostluq və qardaşlıq münasibətlərini poza bilməz" deyə O.Əsədov əlavə edib.
Sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edərək ki, Bakıda bir sıra rəsmi görüşlər keçirdiyini bildirib. "Mən burada özümü vətənimdə hiss edirəm. Mənə böyük hörmət və ehtiram göstərildiyi üçün Prezident İlham Əliyev və Azərbaycan xalqına təşəkkür edirəm. Mən Türkiyədən 71 milyon insanın salamlarını Azərbaycana gətirmişəm" deyən R.T.Ərdoğan qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq münasibətləri hər zaman davam edəcək. Onun sözlərinə görə, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın 20 faizdən artıq torpağı işğal altında qalıb və 1 milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib.
"Azərbaycanın müstəqilliyi və rifahı Türkiyənin müstəqilliyi kimi əzizdir. Bizim adətimiz, mədəniyyətimiz, tariximiz və digər göstəricələrimiz eynidir. Mustafa Kamal Atatürk 1920-ci ildə deyirdi ki, Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir. Həmçinin, Azərbaycanın dahi şəxsiyyətlərindən olan Məhəmməd Əmin Rəzulzadə və Bəxtiyar Vahabzadə Azərbaycan-Türkiyə birliyinin ölməz olduğunu bildiriblər" deyə R.T.Ərdoğan qeyd edib.
Ərdoğan bəyan edib ki, Türkiyə heç zaman Azərbaycanın maraqlarına zidd addım atmayıb və bundan sonra da atmayacaq. Baş nazirin sözlərinə görə, Türkiyə dövləti Azərbaycan qədər heç bir dövlətlə yaxın əməkdaşlıq etmir. "Türkiyə heç zaman Azərbaycanın maraqlarına zidd addımlar atmaz. Mən də, digər türkiyəli nümayəndələr də Avropa Şurasında dəfələrlə Azərbaycanın ərazi bütövlüyü uğrunda çıxışlar etmişik və mübarizəmizi hər zaman davam etdirəcəyik" deyən Ərdoğan bildirib ki, bu il ərzində nazirlər səviyyəsində 30-a qədər qarşılıqlı səfərlər olub.
"Bundan əlavə, Türkiyə ilə Azərbaycan arasında iqtisadi ticarət dövriyyəsi 2 mlrd dolları ötüb. Türkiyə Azərbaycanın neft sahəsinə 3 mlrd vəsait yatırıb. Bakı-Tbilisi-Qars layihəsi Azərbaycanla Türkiyənin münasibətlərini daha da genişləndirəcək" deyə Türkiyənin hökumət başçısı qeyd edib.
Bəzi qüvvələr tərəfindən Türkiyə ilə Azərbaycanın münasibətlərini pozmaq məqsədilə məlumatlar yayıldığını diqqətə çatdıran baş nazir Ərdoğan vurğulayıb ki, bu cür məlumatlardan biri də Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı olub. "Türkiyə heç zaman Dağlıq Qarabağ məsələsi ilə bağlı mübarizədən geri çəkilməyəcək. Bunu hər kəs çox yaxşı bilir. Dağlıq Qarabağ məsələsi 18 ildir yubandırılır" deyən baş nazir Ərdoğan Türkiyə-Ermənistan arasında aparılan danışıqların əsas məqsədinin Dağlıq Qarabağ məsələsinin həllindən ibarət olduğunu söyləyib.
"Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərini qoruyan rəhmətlik Heydər Əliyev deyirdi ki, Türkiyə-Azərbaycan iki dövlət - bir millətdir. Mən bütün bu dediklərimi Prezident İlham Əliyevlə görüşüm zamanı da bəyan etmişəm" deyə Ərdoğan əlavə edib.
Baş nazir R.T.Ərdoğanın rəhbərliyi ilə Türkiyə nümayəndə heyətinin Bakıya səfəri qardaş ölkənin mediasında da geniş işıqlandırılıb. "CNN-Türk" səfər haqda yazır:
"Azərbaycanın paytaxtı Bakıda olan Baş nazir Rəcəb Tayyib Ərdoğan, Azərbaycan dövlət başçısı İlham Əliyev ilə görüşdü. "Tək millət - iki dövlət" anlayışına vurğu edən Ərdoğan, Qarabağ işğalı sona çatmadıqca Ermənistan ilə sərhəd qapısının açılmasının mümkün olmadığının vurğuladı.
Zağulba Sarayındakı görüşmə təxminən 1 saat 45 dəqiqə davam etdi. İki lider görüşmənin ardından kameraların qarşısına keçdi. İlham Əliyev, Azərbaycanın torpaq bütünlüyünün təmin edilməsinə vurğu etdi, Ərdoğan bu narahatlığı aradan qaldırıcı xüsusiyyətdə bir danışma etdi.
"Bizim birliyimizə kölgə salma səyi içində olanlara bu görüşmələrimiz ən gözəl cavabı vermiş olacaq" deyən Ərdoğan, "İkili əlaqələrimizin təməlində, bizim tək millət anlayışımız, iki dövlət anlayışımız eynilə davam etməkdədir. Azərbaycanın xüsusilə Yuxarı Qarabağ mövzusundakı həssaslığı, eynilə bizim həssaslığımızdır. Yuxarı Qarabağ mövzusu üzərində bu günə qədər edilmiş olan bəzi fərziyyələri Türkiyə olaraq, hökumət olaraq bizim qəbul etməmiz mümkün deyil. Bu günə qədər necə qəbul edilmədisə, bu gün də qəbul edilə bilməz, bundan sonra da belə bir şey əsla qəbul edilməyəcək. Burada səbəb-nəticə əlaqəsi söz mövzusudur. Yuxarı Qarabağın işğalı bir səbəbdir, qapıların bağlanması bir nəticədir. Ora işğal edildiyi üçün Türkiyə qapıları bağlayıb. İşğal ortadan qalxmadıqdan sonra qapıların açılması da mümkün deyil"- dedi".
"CNN-Türk"ün yazdığına görə, Ərdoğan ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya, Fransanın 18 ildir davam edən müzakirələri sürətləndirməsi və bir an əvvəl nəticəyə gedilməsini istəyib. Ərdoğan "Burada da son qərarın qiymətli qardaşım İlham Əliyev ilə Ermənistan dövlət başçısı Serj Sarkisyanın edəcəkləri görüşmələrlə bir yerə çatılması mövzusudur. Ondan sonra bizə də vəzifə düşürsə, biz də üzərimizə düşən vəzifəmizi edərik" deyə qeyd etdi.
İlham Əliyev, jurnalistlərin sualları üzərinə, Türkiyə ilə əlaqədar şübhələrini erməni mətbuatında çıxan xəbərlərin doğurduğunu söylədi və "erməni mətbuatındakı iddialara bir müddət cavab gəlmədi" dedi.
Türkiyə mediasının yazdığına görə, görüş zamanı iqtisadi məsələlər də geniş müzakirə olunub: "Azərbaycan Cumhurbaşkanı təbii qaz qiymətlərindəki dəyişmənin neftə bağlı olduğunu qeyd etdi. Ərdoğan bu mövzuda, "Bu ədalətli bir rəqəm deyil. İlham Əliyev ilə görüşdük. Nazirlərimiz görüşəcək, inşallah bunu ədalətli bir rəqəmə qovuşduracağıq" şəklində danışdı".
"CNN-Türk"ün məlumatına görə, Ərdoğan, görüşmənin başında etdiyi şərhdə də, "bizim Türkiyə-Azərbaycan arasında