Elçin Bayramlı
əvvəli burada
https://sesqazeti.az/news/mia/1234535.html
“Cansız” atomlar dünyada canlı həyatı necə meydana gətirdi?
Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər tərəfində gəzin və Allahın ruzisindən bəhrələnin. Qayıdış da Onadır- Quran, Mülk surəsi, 15
Mәn һәr plаnеtin daxilindəyəm və bütün plаnеtlәr Mәnim еnеrjimin sаyәsindә öz оrbitlәrindә qаlırlаr- Baqavad-Qita- 15/13.
Ta qədimdən insanlar dünyanın, həyatın, insanın necə əmələ gəməsi haqda baş sındırıblar. Dini kitablarda və qədim mifoloji görüşlərdə bu haqda çox sayda məlumatlar var ki, təəccüblü şəkildə onların çoxu sonralar müasir elm tərəfindən təsdiq olunmuşdur.
Kosmoqonik (dünyanın yaranması haqqında) və antropoqonik (insanın mənşəyi haqqında) miflərdə yaradılışla bağlı əsas məqamlar qeyd olunur: nizamlı elementlərin səmadan ilk ayrılması, dünya okeanı və yerin yaranması, təbiətin əmələ gəlməsi, canlıların yaranması, insanın dünyada peyda olması.
Gəlin baxaq, dünyamızda bioloji həyat nədən və necə təşəkkül tapmışdır. Əvvəlcə, əvvəlki yazılarımızda bəhs etdiyimiz bütün xarici (astronomik) faktorlar təmin olunduqdan sonra, planetimizin özündə də canlı həyatın formalaşmasını və davamlılığını təmin edən faktorlar xüsusi təşkil edilməlidir.
Bunun üçün, dünyanın geoloji, coğrafi, biosferik quruluşu xüsusi plan üzrə son dərəcə yüksək dəqiqliklə təşkil edilməlidir. Burada tempraturdan tutmuş, kimyəvi tətkibə qədər çox faktorlar var ki, biz onların heç də hamısından danışa bilmərik. Belə bir məqalə azı 100 cildlik kitab həcmində olar. O səbəbdən, bəzi əsas məqamları nəzərdən keçirək. Məsələn, tempratur aralığının necə olmalı olduğuna baxaq.
Yerin ekvatoru ilə qütbləri arasında təxminən 100°C temperatur fərqi var. Əgər belə bir temperatur fərqi hamar bir səthdə baş versəydi, sürəti saatda 1000 km-ə çatan tufanlar Yer kürəsini məhv edərdi. Bununla belə, yer üzündə temperatur fərqləri səbəbindən yarana biləcək güclü hava axınlarının qarşısını alacaq dağlar və ya dağ silsilələri, çökəkliklər və dərələr var.
Okeanların mövcudluğu son dərəcə vacibdir. Okeanlar qurudan daha az günəş işığı əks etdirdiklərinə görə qurudan daha çox günəş enerjisi alırlar, lakin bu istiliyi qurudan daha çox öz daxilində bərabər paylayırlar. Bu yolla okeanlar daha isti olan ekvator bölgələrini sərinləyərək onların həddindən artıq istiləşməsinin qarşısını alır, qütb bölgələrinin soyuq sularını isə qızdıraraq, onların çox soyumasının və beləliklə də tamamilə donmasının qarşısını alır. Bundan əlavə, okeanlar karbon qazının həll olunduğu, oksigenin yarandığı kimyəvi su anbarlarına bənzəyir.
İdi isə canlı ailəmin və cansız nəsnələrin lazımi formada əmələ gəlməsi üçün müxtəlif atomların harda, niyə və necə birləşməli olduğunu nəzərdən keçirək.
Havada sərbəst üzən hidrogen və oksigen qazının iki molekulunun bir araya gəlib su əmələ gətirməsi üçün onların atomları toqquşmalıdır. Toqquşma zamanı hidrogen və oksigen molekullarını meydana gətirən bağlar zəifləyir və bu molekulları təşkil edən atomlar birləşərək yeni bir molekul olan su (H2O) əmələ gətirir. Bu toqquşma yalnız çox yüksək temperaturda və yüksək enerji səviyyəsində baş verir. Hazırda Yer kürəsində suyun əmələ gəlməsinə imkan verəcək qədər yüksək temperatur yoxdur. Ona görə də suyun əmələ gəlməsi mümkün deyil. Yer üzündə mövcud olan su Yerin əmələ gəlməsi zamanı yüksək temperatur nəticəsində əmələ gələn sudur. Yəni, bu gün içdiyimiz suyun milyardlarla yaşı var.
İndi isə, canlı və cansız elementlərin fərqini nəzərdən keçirək. Yer üzündə aşkar olunan və varlığı ehtimal olunan 7-8 milyon canlı növündən heç biri xüsusiyyətlərinə görə metal, maşın və ya digər texniki obyektlə müqayisə edilə bilməz.
Tənəffüs, çoxalma, qidalanma və hərəkət artıq bir canlını təyin etmək üçün kifayət deyil. Yalnız canlılar asimmetriya yaratmağa qadirdir. Öz-özünə hərəkət edə bilər, qeyri-adi vəziyyətlərdən qaça və ya onlara uyğunlaşa bilər. Bundan əlavə, öz-özünə sintez edə bilir, yəni özündə olmayan və ya ehtiyac duyduğu maddələri sintez edə bilir.
Bütün canlı varlıqlar və cansız elementlər atom “daş”larından inşa edilmişdir. Atomlar bir araya gəldikdə, birləşərək xüsusi dizaynlar yaradırlar. Yaranan xüsusi dizaynlar, yəni molekullar müxtəlif maddi xüsusiyyətlərin ortaya çıxmasını təmin edir. İçdiyiniz su müəyyən atomların müxtəlif yollarla birləşməsinin nəticəsidir. Bu molekula tək bir atom əlavə edilsə və ondan bir atom çıxarılsa içməli su zəhərə çevrilə bilər. Eyni atomların bir-birinə müxtəlif yollarla bağlanması molekulun rəngini, dadını, formasını, kimyəvi tərkibini dəyişdirə bilir. Adi karbon atomlarının konfiqrurasiyasından asılı olaraq həm almaz meydana gələ bilər, həm də qrafit…
Bütün kainat 109 elementin atomlarının bir-biri ilə reaksiya verməsi nəticəsində yaranmışdır. Ancaq uyğun reaksiyanın baş verməsi üçün Uca Yaradanın təyin etdiyi mühüm şərtlərin meydana gəlməsi lazımdır. Oksigen və hidrogen hər dəfə birləşdikdə su əmələ gəlmir. Və ya metalların atomlarının necə gəldi birləşməsi baş versəydi, tərkibi, kütləsi, forması, xüsusiyyətləri başqa cür olardı.
Bir araya gələn iki maddənin atomları dərhal reaksiya verərdi. Belə bir vəziyyətdə bizim oturacaqda belə oturmamız mümkün olmazdı. Çünki kürsünü təşkil edən atomlar bədənimizi təşkil edən atomlarla dərhal reaksiyaya girər, kürsü ilə insanın atomları bir-birinə qarışardı.
Oksigen, karbon, hidrogen və azot canlının əsas komponentləridir. Metallar az miqdarda tapılsa da, bəzi canlılarda su nisbəti 85%-ə çatır: məsələn, meduzalarda su nisbəti dənizin özündəki su nisbətindən yüksəkdir. Digər tərəfdən, mineralın əsas xüsusiyyəti silikonun bolluğu və alüminium, dəmir və natrium kimi metalların həddindən artıq bolluğudur.
Amma canlıları minerallardan fərqləndirən daha əhəmiyyətli bir məqam onların elementlərinin molekulyar düzülüşüdür. Şəkər, yağ turşuları və amin turşuları canlılara xasdır. Dezoksiribonuklein turşusu (DNT) həyatın ən unikal molekuludur; Özünü çoxalda bilən və həyat üçün lazım olan bütün məlumatları ehtiva edən xromosomlar bu molekullardan ibarətdir. Bu ikiqat sarmallı molekul, kodun hərflərinə bənzər şəkildə düzülmüş 6 milyarddan çox molekul ehtiva edir və bunların hamısına genetik kod deyilir. DNT molekulları çox vaxt bu gün məlum olan bütün bioloji yüksək polimerlərin ölçüsünü üstələyir. Hər bir canlının quruluşu onun genetik kodlarında şifrələnmişdir.
Fransız mikrobioloq alim Lui Paster 1864-cü ildə spontan nəslin bir fantaziya olduğunu iddia etdi və bu istiqamətdə elmi müzakirələr və real araşdırmalar o tarixdən etibarən başladı. Əvvəlcə, həyatın başlanğıcı kosmosda axtarıldı; Ulduzlararası panspermiya nəzəriyyəsinə görə, həyat başqa bir ulduzdan bir toxum kimi Yerə gəlib. Buna görə karbonlu meteoritlərdə həyat axtarılırdı. 1864-cü ildə Tuluza yaxınlığındakı Orgueildə düşən meteoritdə çoxlu doymuş karbohidrogenlər tapıldı. Lakin həmin gün belə bir maddə üzərində aparılan analizlər heç bir canlı həyat izi aşkar etməyə imkan vermədi.
Üstəlik, o vaxtdan ulduzlararası mühitdə bioloji maraq kəsb edən ammonyak və metil spirti kimi maddələr tapılıb. Bu kəşflər kosmosda digər həyat formalarının intensiv axtarışlarına səbəb oldu.
Bununla belə bu gün dünya alimlərinin qəbul etdiyi ən ciddi fərziyyə həyatın Yerdə başladığı fikridir. Həyat çox güman ki, suda başlayıb; Vulkanların, şimşəklərin və kosmik şüaların verdiyi enerji və canlıların əsas tikinti materialı olan su sayəsində indiki mühitdən çox fərqli bir mühitdə və bir sıra kompleks reaksiyalar nəticəsində yaranmışdır.
Kaliforniya “Santa Cruz” Universitetinin biokimyaçısı David Deamerin fikrincə, həyat hansısa asteroddən püskürmüş molekullar sayəsində ola bilməz. Əksinə, sanki yüksək şüura malik olan molekulların xüsusi hesablanmış konfiqurasiyası nəticəsində bioloji varlıqlar əmələ gələ bilər.
“RNT World” (“RNT Dünyası” fərziyyəsinə görə, RNT ibtidai həyat üçün ən vacib molekuldur və yalnız öz işini RNT-dən daha səmərəli yerinə yetirən DNT və zülallar təkamül etdikdə səhnə arxasına keçib.
RNT DNT-yə çox bənzəyir və bu gün hüceyrələrimizin hər birində bir sıra vacib funksiyaları yerinə yetirir, o cümlədən DNT və zülal sintezi arasında keçid molekulu kimi çıxış edir və bəzi genlər üçün açıb-bağlama açarı kimi çıxış edir. /Yerdəki Ekstremal Həyat: 8 Qəribə Məxluq/
Lakin “RNT World” fərziyyəsi RNT-nin necə meydana gəldiyini izah etmir. DNT kimi, RNT də təkrarlanan vahidlərdən, nukleotidlər adlanan minlərlə kiçik molekuldan ibarət olan, çox spesifik, naxışlı şəkildə bir-birinə bağlanmış mürəkkəb bir molekuldur. RNT-nin Yer kürəsində özbaşına yarana biləcəyini düşünən bəzi alimçlər olsa da, digərləri belə bir şeyin baş vermə ehtimalının astronomik həddə olduğunu söyləyirlər.
“Kimyadakı molekulun funksiyasını nəzərə alsaq, belə bir molekulun ortaya çıxması inanılmaz dərəcədə qeyri-mümkündür. Bu, kainatda bir dəfəyə uzun bir atış olardı. "Bu ehtimalı qəbul etmək üçün inanılmaz dərəcədə şanslı olduğumuza inanmalısınız”- Nyu York Universitetinin kimyaçısı Robert Şapiro deyir.
Beləliklə, Yerdə həyatın meydana gəlməsi və ağlagəlməz dərəcədə mükəmməl uyğunluqla formalaşması təsadüfə heç bir yer qoymur.
Bütün bu nizam içərisində həyatın mənşəyi hələ də əsas sual olaraq qalır. Maddi kainatda həyatın forması da maddədən yaradılıb. Lakin anti-maddə texnologiyasından sonra meydana çıxan son elmi kəşflər və kvant fizikasında baş verən ağlagəlməz yeniliklər, molekulyar biologiyanın meydana çıxardığı inanılmaz həqiqətlər, əslində, həyatın yaranmasında yalnız maddi elementlərin iştirak etmədiyini göstərir. Ən böyük sirr isə kainatın 95 faizinin maddi olmadığı və ruhi kainatın orada yerləşə biləcəyi məsələsidir. Baqavad-Qita-da bu barədə bəzi məlumatlar verilir. “İki cür mәхluqlаr mövcuddur: qüsurlu vә qüsursuz. Mаddi dünyаdа һәr bir cаnlı vаrlıq qüsurludur, ruһi dünyаdаkı cаnlı vаrlıqlаr isә qüsursuz”- Baqavad-Qita, 15/16.
Sonda maraqlı bir informasiya: Moskva Nüvə Tədqiqat İnstitutunun alimi İqor Tkaçev deyir ki, institutun alimləri ilk dəfə qaranlıq maddənin nə qədər hissəsinin itdiyini və balanssız parçanın ölçüsünün nə olacağını hesablamağın yolunu tapa bilib. Mövcud vəziyyətə görə kainatın 4.9%-i normal maddə- qalaktika, ulduz və s. görə bildiyimiz şeylərdən, 26.8%-i qaranlıq maddə və 68.3%-i qaranlıq enerjidən ibarətdir.
Görünür ki, həyat yaradanın qüdrəti sayəsində enerjinin maddə formasını alması və ona ruhi kainatdan ruhi informasiyanın ötürülməsi nəticəsində meydana çıxıb. Əvvəllər düşünülürdü ki, yalnız insan şüurludur, digər canlılar şüura malik deyil. Son elmi tədqiqatlarda bütün canlıların şüurlu olduğu aydın olmuşdur. Hətta ən son bölünməz hissəciyin belə şüura malik olduğu artıq elmi faktdır.
“Həqiqəti öyrəndikdə biləcəksən ki, bütün canlı varlıqlar Mənim hissəciklərimdir– onlar Mənim daxilimdədirlər və Mənə mənsubdurlar”- Baqavad-Qita, 4/35
Daha bir məqam- Yaradılışda cansız deyə bir şey yoxdur, bütün kainat, bütün maddələr, bütün atomlar belə canlıdır. Sadəcə, bəziləri azad ruhi proqrama malikdir, bəziləri isə standart proqrama. Ruhi proqrama malik olanlar qərarı özləri verir, standart proqrama malik olanlar isə ilahi mənbədən müəyyənləşdirilmiş və verilmiş əmr üzrə öz vəzifələrini yerinə yetirirlər.
Bu haqda növbəti hissələrdə bəhs edəcəyik.
Seriyamızı izləyin.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb