Sosial

  • 3 877

“Tək Millət, Tək Ürək”

image

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə musiqili-əyləncəli tədbir keçirilib

YAP Səbail rayon təşkilatının da iştirakçısı olduğu “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində Şəhid övladları üçün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə musiqili-əyləncəli tədbir keçirilib. Milli Məclisin deputatı Ramil Həsən və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin sədri Hüseyin Büyükfıratın həmtəsisçiliyi ilə yaradılan və YAP Səbail rayon təşkilatının da iştirakçısı olduğu “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində bu gün münasibətilə növbəti sosial aksiya keçirildi.Uşaqlara məxsus özəl bayram gündə “Büyükfırat” restoranı Yasamal rayonu, Hüseyn Cavid prospektində açıq havada uşaqlar üçün musiqili, əyləncəli, tədbir təşkil etdi. Tədbirdə Dj Nurlan dinamik musiqilərlə uşaqları əyləndirdi, aktrisa Vüsalə maraqlı sürprizləri ilə uşaqları sevindirərək unudulmaz anlar yaşatdı. Aktrisanın uşaqlar arasında keçirdiyi intellektual yarışmada iştirak edən bütün uşaqlar hədiyyələrlə təltif olundular. Eyni zamanda uşaqlar “Büyükfırat” mətbəxinin ləziz təamlarına qonaq oldular.“Büyükfırat” ailəsinin təşkil etdiyi əyləncəli aksiyada ən önəmli məqamlardan biri də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla həlak olan Şəhidlərimizin övladlarının və ailədə olan digər uşaqların tədbirdə iştirak etməsi oldu. Səbail rayonundan olan dörd Şəhid ailəsindən ümumilikdə 10 nəfər uşaq tədbirdə iştirak etdilər. Uşaqlar üçün unudulmaz anlar və xoş təəssüratlarla yadda qalan tədbir zamanı Şəhid övladları digər iştirakçılar və təşkilatçıların xüsusilə diqqət mərkəzində idilər.

sia.az

Digər xəbərlər