Heydər Əliyev-100

  • 6 334

İnsana qayğı insanlığa xidmətdir

image

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı 33 saylı ərazi partiya təşkilatında (Abşeron Mərkəzi Xəstəxana) “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbirdə ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti və müstəqil Azərbaycan dövlətinin memarıdır. O, ulu öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafına göstərdiyi xidmətlərdən söz açıb. Hələ ötən əsrin 70-80-ci illərində tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməsindən, tibb elmi və səhiyyə sahəsində mövcud durğunluğun aradan qaldırılmasına nail olmasından bəhs edilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar tədbirlər kompleksinə - köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, əhalinin kütləvi dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı. Ulu Öndər hər zaman tibb işçilərinə böyük qayğı göstərmiş və çıxışlarında həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vurğulayırdı. Məhz onun ölkəyə rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verilməsinə başlandı. Nəinki paytaxt Bakıda, ən ucqar regionlarda, kəndlərdə belə ən müasir tibbi mərkəzlər yaradıldı ki, bu mərkəzlərdə tibb işçilərinin fəaliyyəti üçün geniş imkanlar vardı.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu sahəyə xüsusi qayğı ilə yanaşır.
Abşeron Rayonu Mərkəzi Xəstəxananasının direktoru Azər İsmayılov ulu öndər Heydər Əliyevin tibb işçilərinə qayğısından, Azərbaycan səhiyyəsinin inkişafından, milli kadr potensialının gücləndirilməsindən, müasir avadanlıqlarla təchiz edilmiş tibb müəssisələrinin inşasından söz açıb.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb.
Hüseyn Hüseynov 33 saylı ərazi partiya təşkilatının sədri, Gülnar Seyidova və Kazım Quliyev isə sədr müavini seçiliblər. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavinləri göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.

Digər xəbərlər