Heydər Əliyev-100

  • 6 643

Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində minifutbol turnirinə start verilib

image

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə minifutbol turniri keçirilib.Açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib.

Müstəqil müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin və qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev əvvəlcə yarış iştirakçılarına uğurlar arzulayıb. Bildirib ki, dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin mənalı və şərəfli həyat yolu məkan və zaman anlayışına sığmır. Ulu Öndərin “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamı müstəqil, qüdrətli Azərbaycanın timsalında öz təsdiqini tapır və əvəzolunmaz Liderin müdrik ideyalarının əbədiyaşar olduğunu sübuta yetirir. Ümummilli Liderimizin qurucu və xilaskar obrazını heç zaman unutmayan qədirbilən xalqımız daim böyük şəxsiyyətimizin əziz xatirəsini böyük ehtiramla anır.
Daha sonra Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Hümbət Əhmədov, Yevlax Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli, şəhid atası Fərman Kazımov, Yevlax UGİŞM-in direktoru Elman Əlibəyli öz çıxışlarında vurğulayıblar ki, ulu öndər Heydər Əliyevin bənzərsiz ideyaları Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan daha da qüdrətlənir, güclənir və davamlı uğurlara imza atır.
Sonra Yevlax mədəniyyət işçilərinin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.
Minifutbol turnirinə start verilib.

Digər xəbərlər