Heydər Əliyev-100

  • 7 269

Xızıda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

image

30 mart 2023-ci il tarixində Xızı şəhəri Heydər Əliyev parkında “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq keçirilən ağacəkmə aksiyasında Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri ərazi partiya təşkilatının nümayəndələri iştirak ediblər.Aksiya zamanı sözügedən ərazidə yerli iqlimə uyğun ağacları əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.Qeyd edək ki, aksiyanın təşkil edilməsində əsas məqsəd ölkəmizdə ətraf mühitin, meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, rayon ərazisində yaşılıqların genişləndirməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırmasına kömək etməklə təbiətə töhfə verməkdir.

Rəfiqə

Digər xəbərlər