MİA

  • 6 509

Aleksey Naumov: Ermənistan Qarabağın birdəfəlik itirilməsi ilə artıq barışıb - MÜSAHİBƏ

image

Rusiyalı ekspert: Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesi Azərbaycan tərəfindən öz ərazilərinin tam şəkildə qaytarılmasına qədər gedəcək

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı “Moskva-Baku” portalına müsahibəsində maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Görünür, indi biz əsasən, Ermənistan-Azərbaycan sərhədində vəziyyəti düzəltmək üçün Aİ-nin Ermənistanda qondarma monitorinq missiyasının genişləndirilməsindən danışmalıyıq...

- Əlbəttə, deyə bilərik ki, İrəvan Avropa İttifaqının Qarabağdakı missiyasını genişləndirmək üçün istənilən mümkün bəhanələrdən istifadə edir. İrəvan açıq-aşkar münaqişədən sonrakı vəziyyətlə bağlı öz maraqlarına necə deyərlər, “yem tökür”. İyunun 15-də Laçın yolunu Ermənistan tərəfinin atəşə tutmasından sonra avropalı deputatlar onun yaxınlığındakı zonaya baş çəkirlər. Yəni, İrəvan Laçın yolunda baş verən hadisədən Aİ missiyasını genişləndirmək üçün “səbəb” kimi istifadə edir.

Amma Ermənistan bölgədəki ərazi reallıqlarını tanıdıqdan sonra öz siyasi gələcəyi haqqında düşünməli olacaq. Aydındır ki, bu siyasi gələcək çox da qibtə olunmayacaq. Bugünkü Ermənistanın dünya ictimaiyyətinə verə biləcəyi böyük faydalar olmadığı halda İrəvan çoxvektorlu siyasət yürütməkdə davam edəcək. Avropa İttifaqı ilə münasibətlər Ermənistan üçün ən mühüm xarici siyasət istiqamətlərindən biri olaraq qalacaq. Ermənistanın “xeyir-duası” ilə Avropa İttifaqının Ermənistan ərazisinə ardıcıl soxulması mövcuddur və bundan sonra da davam edəcəkdir.

- Dünən Laçın yolu yaxınlığındakı əraziyə səfər edən Aİ nümayəndə heyətinə növbəti dəfə Fransanın təmsilçisi rəhbərlik edib. Nəzərə alsaq ki, bundan əvvəl Kişinyovda beştərəfli görüşdən sonra (Azərbaycan prezidenti, Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri, Avropa Şurasının rəhbəri) rəsmi Bakı bir daha Fransa prezidentini tənqid etdi- mesaj verdi ki, onun yekun bəyanatı razılaşmanı əks etdirmir. 15 iyun hadisəsindən sonra da Paris Ermənistanın tərəfini tutdu. Fransanın addımlarına necə baxmaq olar?

- Fransa Ermənistanın köməyi ilə bölgəyə öz “çəkmə”sini qoyur və bununla da öz maraqlarını bəyan edir. Fransa Makronun rəhbərliyi altında dünya siyasətində nüfuzlu oyunçu olmağa çalışır, Ermənistan isə onun regional dayaqlarından biridir. Üstəlik, Avropa İttifaqnın təsiri altında yaradılan anti-Rusiya və anti-Azərbaycan koalisiyaları. Beləliklə, Fransa Ermənistandan fransız gücünün dünyada öz zirvəsinə qədər qalxması üçün bir platforma kimi istifadə edərək öz statusuna “sərmayə qoyur”.

- Mayın 25-də Kremldə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Moskva görüşündən sonra nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması üçün konkret perspektivlər varmı?

- Təəssüf ki, indi konkret nəticələrdən danışmazdım, çünki vəziyyət ağır olaraq qalır. Biz görürük ki, İrəvan Azərbaycan və Ermənistan arasında normallaşma cəhdlərini süründürməkdə davam edir. Əlbəttə, mən nəqliyyat və iqtisadi əlaqələrin yavaş-yavaş açılmasına ümid etmək istərdim, lakin indi bu istiqamətdə çox da optimist olmazdım. Əgər alınarsa, lap yaxşı, amma buna baxmayaraq, hələlik, yaxın gələcəkdə hər hansı həlledici irəliləyiş görəcəyimizi düşünmürəm.

- Ermənistan, görünür, Azərbaycanla Ermənistan arasındakı nəqliyyat marşrutları blokdan çıxarıldıqdan sonra öz ərazisində artıq Rusiya FSB-sinin nəzarət etməsindən imtina edir. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi danışıb, baş nazirin müavini Mqer Qriqoryan isə dəfələrlə eyham vurub.

- Ermənistanın Rusiya FSB-nin dəhlizə nəzarət etməsindən imtina etməsi birbaşa üçtərəfli bəyanatın pozulmasıdır. Eyni zamanda, buna baxmayaraq, Ermənistan onsuz da Qarabağın itirilməsi ilə artıq barışıb. İndi o özü üçün ən əlverişli şərtləri müzakirə etməyə çalışır. Eyni zamanda, o, guya “müstəqillik” nümayiş etdirmək, Ermənistan da daxil olmaqla, Zaqafqaziyada nüfuzunu genişləndirmək istəyən Avropa İttifaqına xoş gəlmək üçün bir daha anti-Rusiya “qürub” nümayiş etdirir.

- Paşinyan gələn həftə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların keçiriləcəyini açıqlayıb. Göründüyü kimi, onlar Azərbaycan və Ermənistan liderlərinin iyulun 21-də Brüsseldə planlaşdırılan görüşü ərəfəsində keçiriləcək.

- Vaşinqtondakı danışıqlar Ermənistan üçün xüsusi əhəmiyyət kəsb edir, məqsədi bir daha Amerika isteblişmentinə “yemi atmaq” və qarşılıqlı fəaliyyətə hazır olduğunu, Ermənistanın ABŞ-ın vasitəçiliyini yüksək qiymətləndirdiyini və sevdiyini söyləməkdir.

Əslində, obyektiv olaraq Ermənistan-Azərbaycan nizamlanması prosesi sonda Azərbaycan tərəfindən öz ərazilərinin tamamilə geri qaytarılmasına, Azərbaycanın bütün ərazilərində konstitusiya quruluşunun tam bərpasına qədər gələcəkdir. Ona görə də konkret görüşlər Bakının vəzifələrinin həllinə gətirib çıxaracaq ümumi kumulyativ effekt qədər vacib deyil.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər