MİA

  • 10 383

Rusiyalı ekspert: Fransa dağılır, Makron ermənilərə dəstək hayındadır - MÜSAHİBƏ

image

Makron İlham Əliyevə yox, öz həyat yoldaşına təzyiq edə bilər və ola bilsin ki, bu istiqamətdə müəyyən uğur qazana bilər...”

Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində Parisin Ermənistan-Azərbaycan trasında hərəkətləri və nizamlanmanın digər aspektləri barədə danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Son günlər idman yarışlarında eyni vaxtda bir neçə insident baş verib, Ermənistandan olan idmançılar Azərbaycan idmançılarına qarşı aqressiv davranıblar. İrəvanda keçirilən ağır atletika çempionatında bayrağın yandırılması ilə bağlı vəziyyəti xatırlayırıq, dünən və bu gün şəbəkədə eyni anda bir neçə insidentlə - erməni idmançının ona qalib gələn azərbaycanlını necə döydüyü və eyni yarışlarda azarkeşlərin necə olduğu barədə videolar peyda oldu. Ermənistan nümayəndələrinin idman meydançalarında Azərbaycana münasibətdə neqativ hallar qəribə bir normaya çevrilib…

- Baş verənlər təsadüf deyil, təkrarlanan tendensiyadır. 1980-ci illərin sonlarında Qarabağ ətrafında baş verən hadisələrin- separatçı təzahürlərlə, təxribatlarla və nəticədə azərbaycanlılara qarşı hücumlarla, onların öz torpaqlarından qovulması ilə necə başladığını xatırlayırıq.

Bundan sonra erməni tərəfi uydurma ideyanı irəli sürməyə, təbliğat aparmağa başladı ki, bütün bunları edən “Qarabağ klanı” deyil. Bəs guya ermənilərin təqib olunduğu konkret nə idi? Bu, özünüzü qurbana çevirmək üçün tipik yaxşı qurulmuş siyasətdir. Əsəblərin sıradan çıxdığı yerdə tamamilə iyrənc hiylələrdən istifadə olunur. Gördüyümüz kimi, çox vaxt hətta həddi tam keçirlər. Əsasən belə təxribatlar puça çıxır və ya Azərbaycan tərəfinə böhtan atılır. Hamımız nə baş verdiyini başa düşürük: hər şey gözümüzün qabağındadır.

Bütün bunlar uzun illər erməni əhalisinə millətçi ideologiyanın aşılanmasının nəticəsidir. Bu, Qaregin Njdenin milli eksklüzivlik üzərində qurulmuş ideologiyasının təzahürüdür. Belə bir ideologiya sivil sayıla bilməz. Çünki müasir dünyada bütün millətlər, xalqlar eynidir: onlar bərabər hüquqlara malikdirlər və bərabər hörmətə layiqdirlər. Milli müstəsnalıq iddiası yanlışdır.

Erməni “idmançılarının” son vaxtlar idman meydançalarında davranışları vəhşiliyin, qəzəbin, mədəniyyətin aşağılığının təzahürüdür. Biz Ermənistandan eyni təxribatları qoşunların təmas xəttində, Rusiya sülhməramlılarının arxasında da görürük. Rusiyadakı erməni maraqlarının ayrı-ayrı media lobbiçiləri də eyni şeyi edirlər.

Bütün bunların fonunda 2015-ci ildə Avropa Oyunları zamanı Bakıda erməni idmançının mükafatlandırılması mərasimində o fitə basılarkən Azərbaycan Prezidenti İlham Əliyevin əsl dövlət başçısı kimi necə nəcib davrandığına dair bir nümunəni xatırlamaya bilmirsən. Azərbaycan lideri idmanın siyasətdən kənar olduğunu göstərdi, bir jestlə tamaşaçıları sakitləşdirdi, şəxsən erməni idmançıya mükafat təqdim etdi, əlini sıxdı, bu da alqışlara səbəb oldu. Bu, tolerantlıq, müdriklik və ədalətli insani ədəb nümunəsidir. Bu, çoxlarında çox güclü təəssürat yaradan, hələ də xatırladığımız bir hərəkətdir. İlham Əliyev özünü müstəsna dərəcədə layiqli göstərdi, idmanın siyasətdən kənar olduğunu göstərdi.

Başqa bir müqayisə kimi qeyd edək ki, Azərbaycan Ermənistanın “həyat məntiqindən” fərqli olaraq, müxtəlif vəziyyətlərdə, o cümlədən İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra münasibətlərin yaxşılaşdırılması üçün dəfələrlə səbr nümayiş etdirib. Ermənistan tərəfi razılaşmaların icrasına hər cür mane olur, rəsmi Bakı isə diplomatiyası, səbri, xüsusi taktikası ilə hələ də irəli gedir.

Digər nümunə multikultural Azərbaycandır ki, o, monoetnik Ermənistanla müqayisədə beynəlxalq nümunə kimi qalır. Bakı erməniləri Bakıda necə gözəl yaşadıqlarını indi də göz yaşları, nostalji ilə xatırlayırlar. Onlar iqtisadiyyatda, siyasətdə bəzi əsas mövqeləri tuturdular, Azərbaycan hakimiyyəti hamı ilə bərabər onlara dəstək olurdu. Ermənilər Azərbaycanda çox gözəl yaşayırdılar. Azərbaycan müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin birgə yaşayıb-yaratmasının, milli mənsubiyyətə və digər əsaslara görə heç bir ayrı-seçkiliyin olmadığının bariz nümunəsidir.

Azərbaycanda rus dilinə xüsusi münasibət şəxsən məni heyran edir. Ölkədə Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan yeparxiyası fəaliyyət göstərir. Rus icmasına dövlət səviyyəsində əla münasibət var.

Sadə erməni xalqı qəzəblə, revanşizmlə qidalanmasaydı, daha yaxşı yaşayardılar. Pis xalq yoxdur, amma elələri var ki, bir növ milli müstəsnalıq ideyası ilə öz xalqına ziyan vurur. Erməni xalqı irəli getməli, əslində millətin rüsvayçılığı olan “qəhvəyi” milli qəhrəmanların postament üzərində ucaldıldığı orta əsrlərin yapışqan torunu atmalıdır. Bu, qətiyyən qəbuledilməzdir. Biz çox yaxşı başa düşürük ki, Ermənistanda siyasətçilər niyə millətçilik kartını oynayırlar- öz güclərini işə salmaq üçün. Bəli, Qaregin Njdeni şöhrətləndirən Ermənistanın “Respublika Partiyası”- “Qarabağ klanı” idi, Paşinyan yox. Bu, cəmiyyəti idarə etmək, cəmiyyətdə millətçiliyi gücləndirmək, hər şeyə nifrət hissini siyasi Olimpdə varlıq vasitəsi etmək üçündür.

- Əgər Ermənistan bu cür “həyat tərzindən” əl çəkməsə, bu, nəyə gətirib çıxaracaq?

- Ermənistanda cəmiyyətin “həyat məntiqinin” dəyişməsi prosesi birdəfəlik proses deyil. Bunun üçün müəyyən tarixi dövr lazımdır. İndiyə qədər təəssüf ki, Ermənistanın özünəməxsus mənəvi tarixi irsindən imtina etməsi üçün heç bir ilkin şərt yoxdur. İnanmaq istərdim ki, onların yanaşmasının mənasızlığını dərk etmək, dalana dirənmək- bütün bunlar keçmişdə qalacaq.

Digər tərəfdən, tarix hərəkət edir, inkişaf edir, bəlkə də nə vaxtsa belə bir ideologiyanı təbliğ edənlər azlıqda qalacaq, cəmiyyətdə marginallaşacaq. Aydındır ki, bu, nə bu gün, nə sabah olmaya bilər, amma nə vaxtsa olacaq.

İstər Laçın yolu ərazisində, istərsə də Ağdam rayonu istiqamətində son eskalasiya hadisələri də Ermənistanın Azərbaycanla barışmaq istəməməsinin, radikal ideyaların mövcudluğunun, bir növ qisasçılıq niyyətinin təzahürüdür. Erməni tərəfinin silahlı təxribatları, atışmalar, Qarabağa silah gətirilməsi- bütün bunlar eyni millətçi revanşist məntiqdən irəli gəlir.

- Fransa prezidenti Emmanuel Makron ölkəsindəki iğtişaşlar fonunda Cənubi Qafqazla bağlı bir sıra kifayət qədər özünəməxsus bəyanatlar verməyi zəruri hesab edib. İyunun 28-də Marseldə erməni icması və erməni müxalifətinin nümayəndələri ilə görüşündə Makron Qarabağ və digər məsələlərlə bağlı Azərbaycan prezidentinə Ermənistanın baş naziri Nikol Paşinyandan daha çox təzyiq göstərməyə çalışdığını bildirib. O özünün beynəlxalq aləmdə Qarabağla bağlı tələb irəli sürən yeganə lider olmasını qeyd edərək, bu yolda əlindən gələni etməyə davam edəcəyini deyib. Aİ-nin monitorinq missiyası ilə birgə vəziyyəti müşahidə etmək üçün vaxtaşırı Ermənistan-Azərbaycan sərhədinə səfər edən fransız siyasətçilərinə diqqət etməmək mümkün deyil. Sizcə, Fransanın Cənubi Qafqaz trasında bu cür fəallaşmasının səbəbi nədir?

- Makronun ölkəsi dağılır, demək olar ki, qeyri-vətəndaş müharibəsi gedir, uzun müddətdir davam edən milli böhran göz qabağındadır, Fransa vaxtaşırı bu və ya digər səbəbdən talanlarla müşayiət olunan və zəif idarə olunan vəziyyətə gəlib. Xüsusən də, Əlcəzair əsilli azyaşlı uşağın qətlə yetirilməsi ilə bağlı mövcud vəziyyət Fransanın tarixi siyasəti baxımından göstəricidir. Əslində bu, müəyyən mənada milli zəmində qətldir. Makron, Fransa ilə heç bir əlaqəsi olmayan, ikinci dərəcəli hər şeyi tərk etmək, öz ölkəsinin qayğısına qalmaq, cəmiyyətlə dialoq qurmaq əvəzinə, Elton Conun konsertinə gedir və orada özünü açıq-aşkar rahat hiss edir, rəqs edir. Ətrafında hər şey yanır, problemlər boğaza çıxıb və o, Cənubi Qafqazın daxili işlərinə yöndəmsiz şəkildə qarışmağa davam edir, Zaqafqaziyada Ermənistana dəstək məsələsini gələn erməni diasporunun üzvləri və erməni müxalifəti ilə müzakirə edir. Fransa öz “bacısı”nın kürəyi arxasındadır və Azərbaycana təzyiq göstərməyə çalışır. Bu, ikili standartlardan irəli gəlir.

Fransada qəddar radikalların polisin tam razılığı ilə Azərbaycanın Parisdəki səfirliyinin binasına necə basqın etdiklərini xatırlayırıq. Və bu gün Fransa polisi öz əhalisinə qarşı cəza tədbirləri ilə məşğuldur, 45 minlik jandarm korpusu fəaliyyət göstərir, zirehli texnikadan istifadə edilir, dialoq əvəzinə hakimiyyət etirazçıları tamamilə vəhşicəsinə sıxışdırır, Makron artıq elan edib ki, aksiyalarda iştirak edən gənclərin ailələri cərimələnəcək. Fransanın bizə nümayiş etdirdiyi normalar və standartlar çox dəqiq göstəricidir.

İlham Əliyevə təzyiqlə bağlı açıqlamaya gəlincə, Makron öz həyat yoldaşına təzyiq edə bilər və ola bilsin ki, bu istiqamətdə müəyyən uğur qazana bilər...

İlham Əliyevin dəfələrlə Makronu necə sərt şəkildə öz yerinə oturtduğunu xatırlayırıq. Ona görə də Makronun bütün bu iddialı saxta bəyanatları nəyisə nümayiş etdirməyə çalışan bir Qalli xoruzunun bəyanatlarından başqa bir şey deyil. Hamı bilir ki, Makron Fransanın erməni diasporu ilə məşğuldur, bəlkə də oradan maliyyələşir. İstisna etmirəm ki, Makronun prezidentlik müddəti başa çatdıqdan sonra müvafiq faktlar üzə çıxa və o, Fransanın erməni icmasından rüşvət aldığına, onların istəklərini və siyasi sifarişlərini yerinə yetirdiyinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.

- Amerika danışıqlarının nəticələri heç nəyə gətirib çıxarmadı. Bəzi irəliləyişlər əldə olunub. Amma o da qeyd olunub ki, ən çətin məsələlərdə (bunlar ermənilərin təhlükəsizliyi və hüquqları, delimitasiya, guya Bakı-erməni separatçıları arasında danışıqlar mexanizmidir) daha ətraflı işlənməyə ehtiyac var. Blinken dedi ki, ən çətin məsələlər sonraya qalır..

- Bu, eyni proseslərin davamıdır. Açığı, dəfələrlə danışıqlar olacaq. Orada bir çox problemli məsələlər var ki, onlardan biri də beynəlxalq vasitəçiliklə Bakı və erməni separatçılarını danışıqlar masası arxasına çəkmək cəhdidir. Ona görə də Azərbaycanın ərazi bütövlüyünü sözdə dərk edən Paşinyan paralel olaraq Troya atı ideyasını irəli sürür- status məsələsində Qarabağ separatçılarını Bakı ilə eyni masaya oturtmaq. Bu, keçməyəcək. Ermənistan İlham Əliyevin təklif etdiyi sülh müqaviləsinin beş əsas prinsipi əsasında konstruktiv qərar qəbul edənə qədər danışıqlar davam edəcək.

- Qarşıda Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşü olmalıdır...

- Düşünürəm ki, ABŞ-dakı kimi nəticə olacaq. Bunlar ara addımlardan başqa bir şey deyil. Rusiya bu prosesləri izləyir, biz Ermənistan-Azərbaycan nizamlanmasında əsas vasitəçilərdən biriyik. Və ümid edirik ki, bizim rolumuz və dəstəyimizlə, köməyimizlə daha real nəticələr əldə ediləcək. Ermənistan konstruktiv mövqe tutmayana qədər danışıqlar davam edəcək.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər