MİA

  • 8 962

Əcnəbi ekspertlər: “Moskva İrəvana cavab zərbəsi endirməyi düşünür” - RƏYLƏR

image

“Ermənistana siyasi nəzakət çərçivəsində artıq son xəbərdarlıq edilib, İrəvan bu xəbərdarlığı ciddi qəbul etməlidir”

.

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı axmaq olmamağa və KTMT-dən çıxmazdan əvvəl yaxşı düşünməyə çağırıb. Xüsusilə, "tələsik və qəfil hərəkətlər etməyin", “çıxmaq asandır, amma sonra geri qayıtmaq çətin olacaq”,- deyə o, açıq-aşkar eyhamla qeyd edib. Eyni zamanda, Lukaşenko qeyd edib ki, KTMT bundan zərər görməyəcək. “Biz buna tamamilə sakit reaksiya veririk. Əgər onlar KTMT-də olmaq istəmirlərsə, buna görə təşkilat dağılmayacaq, məhv olmayacaq”,- deyə Belarus prezidenti bildirib. Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya Federasiyası Paşinyanın KTMT-də işin “dondurulması” ilə bağlı dediklərinə Ermənistanla aydınlıq gətirməyə davam edəcək, çünki onun sözlərinə görə, KTMT planında “fəaliyyətini dondurmaq” kimi bir rejim, sadəcə olaraq, yoxdur.

Kreml və Minskin İrəvanın gözlənilməz yeni keçidlərinə reaksiyasını necə qiymətləndirməliyik? Hadisələr bundan sonra necə cərəyan edə bilər? Rusiya və Belarusdan olan politoloqlar bununla bağlı qənaətlərini “Caliber” analitik mərkəzinə açıqlayıblar. Ekspertlərin rəylərini oxucularımıza təqdim edirik.

Rusiyalı politoloq Aleksandr Ryabtsovun fikrincə, artıq Moskvanın reaksiyasından aydın olur ki, Ermənistan üçün bu siyasi piruet ağrısız olmayacaq.

“Moskva yaxşı başa düşür ki, KTMT ilə əməkdaşlığın dayandırılması Ermənistanın Qərbin hərbi strukturları, həmçinin Aİ ilə daha da gücləndirilmiş qarşılıqlı fəaliyyətə başlayacağına demək olar ki, qeyd-şərtsiz işarədir. Bu o deməkdir ki, Ermənistan hakimiyyəti cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsini artıracaq, o cümlədən Ermənistanda Rusiya hərbçilərinə qarşı təxribatlar təşkil edəcək və digər anti-Rusiya fəaliyyətləri göstərəcək. Ona görə də Rusiya İrəvanın bu davranışından son dərəcə narahatdır və bu cür oyunların qarşısını almaq istəyir”,- politoloq qeyd edib.

Onun fikrincə, Kreml İrəvanın Ermənistan ərazisində Avropa ölkələrinin kəşfiyyat xidmətlərinin sayını fəal şəkildə artırmasına çoxdan dözür və Peskovun bəyanatına əsasən, Moskva İrəvanı sərt şəkildə dindirmək niyyətindədir.

Onun sözlərinə görə, Moskva artıq İrəvana cavab zərbəsi endirməyi planlaşdırır və bu, çətin ki, xoşagələn olsun.

“Bunun hansı sahədə baş verəcəyini söyləməyi güman etmirəm, lakin İrəvan yaxın gələcəkdə özünə gəlməsə və hansısa yolla mövqeyini yumşaltmasa, Rusiya sözsüz ki, Ermənistana qarşı “vintləri xeyli sıxacaq”. Və burada kifayət qədər həssas məqamlar var. Erməni yük maşınlarının Rusiya və Gürcüstan sərhəddindəki Verxniy Lars gömrük məntəqəsindən keçidi ilə başlayıb, məsələn, Ermənistana qazın verilməsinədək çox sayda təsir rıçakları var. Rusiya istəsə, sadəcə olaraq Ermənistana gedən qaz kəmərini bağlaya bilər.

Bundan əlavə, unutmayaq ki, təkcə Moskvada yüz minlərlə erməni miqrant var və əgər Rusiya bu miqrantları geri göndərsə, Ermənistanda çox tez bir zamanda çoxminlik beşinci kolon peyda ola bilər ki, bu da Paşinyanın hakimiyyəti üçün təhlükə yaradacaq. Lakin yuxarıda qeyd olunanların hamısı çox güman ki, Paşinyan Moskva ilə dialoqdan tamamilə geri çəkiləcəyi təqdirdə tətbiq olunacaq. Amma mən hesab edirəm ki, yuxarıda göstərilən sahələrdə bəzi “anlaşılmazlıqlar” tezliklə Ermənistanın harasındasa yaranacaq- bu, İrəvanı ayaqda saxlamaq üçündür”,- A.Ryabtsov vurğulayıb.

.

Belaruslu politoloq, siyasi elmlər namizədi Sergey Tomitsin fikrincə, Lukaşenkonun Ermənistana mesajı nəzakətli xəbərdarlıq kimi oxunmalıdır.

“Düzünü desəm, artıq siyasi ənənə yaranıb- Lukaşenkonun bəyanatları ilə Paşinyanın davranışını qabaqlamaq. Düşünürəm ki, bu, təbii ki, səbəbsiz deyil. Ona görə yox ki, Belarus KTMT-də Rusiyanın özündən sonra operativ hərbi əməliyyatlar keçirməyə hazır olan ikinci ölkədir, Lukaşenko heç vaxt boş yerə nəsə demədiyinə görə onun sözlərində hər zaman incəliklər var və onun müraciətlərini deşifrə etmək, onu eşitmək lazımdır. Bu halda onun sözləri Paşinyanın məntiqinə çatmaq cəhdi kimi deyil, “sülh yolu ilə” son xəbərdarlıq kimi qəbul edilməlidir.

Belarus prezidenti artıq Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri səviyyəsində və hətta Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Peskov səviyyəsində olmadığına görə,- o, KTMT-də Putindən sonra 2-ci şəxsdir - onun müraciətləri ciddi və düzgün qiymətləndirilməlidir. Bu o deməkdir ki, Lukaşenkodan sonra növbəti söz Putinin özünə məxsusdur.

Hələlik Putin açıq-aydın bu birtərəfli debata girmək, belə desək, bu səviyyəyə enmək istəmir, görünür, Paşinyana oyun oynamaq imkanı verir. Qeyd edək ki, Belarus prezidenti artıq bir dəfə Paşinyanı Moskva ilə Bakını bir-birinə qarşı qoymaq, Bakı ilə İrəvan arasında münaqişədə KTMT-yə müdaxilə etmək, bununla da MDB-də Azərbaycanın Rusiyada ilə tərəfdaşlıq münasibətlərinin balansını pozmaq istəyəndə özünə gətirib. O vaxt bu effekt verdi. Ümid edirəm ki, Paşinyan bu dəfə də Lukaşenkonun sözlərinə qulaq asacaq”, - S.Tomits qeyd edib.

.

Tərcümə - Elçin Bayramlı

.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər