PDF Oxu

Heydər Əliyev-100

  • 11 119

“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”

image

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunds elmi-praktiki konfrans keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülüb. Sonra tədbir iştirakçıları Şəmkir Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgiyə baxıblar.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Konfransda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Milli Məclisin deputatları Kamran Bayramov və Nurlan Həsənov bildiriblər ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyub. Ulu Öndərin adı ilə bağlı olan bütün sahələrin paralel və dinamik inkişafının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.

Digər xəbərlər