PDF Oxu

Heydər Əliyev-100

  • 44 891

Lənkəranda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı və Lənkəran Dövlət Dram Teatrı ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib.

Tədbirdə Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri haqqında ətraflı məlumat verib.
YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev bildirib ki, Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir.
Lənkəran Dövlət Dram Teatrı ərazi partiya təşkilatının sədri Namiq Ağayev və teatrın direktor əvəzi İntiqam Hacılı çıxışlarında vurğulayıblar ki, mədəniyyətimizin müxtəlif sahələri ilə yanaşı teatr sənəti də daim Heydər Əliyevin böyük qayğısı ilə əhatə olunmuş, mədəniyyət və incəsənət nümayəndələri mütəmadi olaraq Ulu Öndər tərəfindən fəxri adlara, yüksək mükafatlara layiq görülmüşlər.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Digər xəbərlər